Satılır 5 otaqlı həyət evi/bağ evi 250 m², Novxanı q.
Bəh, bəh, bəh, bəh, bəh. Yay gəlir, dəniz sahilində VİLLA almaq vaxtıdır.
Kim yüksək keyfiyyətli, Tikinti Norma və Qaydalarına cavab verən, memarının şəxsən özü üçün tikdiyi, bütün sənədləri qaydasında (torpağın ayrı, evin ayrıca KUPÇASI), hər bir yay-qış şəraiti olan, bazar qiymətinin günü-gündən bahalaşdığı SSSUPPER bir dənə villa istəyirsə, bəri baxsın! Sizə ƏLADAN-ƏLA TƏKLİF.
Novxanının göbəyində, təpə üstü, FİLAN otellə üzbəüz (adını əlaqə saxladığınızda öyrənəcəksiniz), dənizdən 200-250 metr aralı, gözəl mənzərəsi və təmiz havası olan 3 mərtəbəli villa SATILIR.
VİLLA - 6 sot sahədə (məncə yaşamaq üçün kifayət qədər böyük sahədir), həyətin hasarlarından xeyli aralı, bağlı-bağçalı (evin özündən də bahalı ekzotik cəngəllik ağacları var), həyətdə “Domino” oynamaq üçün besetkası, yellənçəyi, əlavə 1 otaqlı tikilisi, su quyusu olan, birbaşa asfalt yola çıxan darvazası və əlavə həyət qapısı olan, daimi suyu, qazı, işığı, bütün otaqlarda qızdırıcı KOMBİ, yerdən 5 daş hündür-kürsülü (nəmişlikdən qoruyur), xarici daşıyıcı divarlar 2 daş hörgü, həmçinin sukeçirməyən konstruktiv elementlərlə üzlənmiş (yayda istidən, qışda soyuqdan qoruyur) günəşə tərəf böyük 1-ci mərtəbəsində dəmir reşotkalı (təhlükəsizlik məqsədilə) PVC pəncərələri (SanPİN qaydalarına görə günəş şüası otağa 3-4 saat düşməlidir ki, bəzi pis-pis mikroblar ölsün), ikitərəfli küləklənməsi, 3-cü mərtəbəsində çox böyük mansardı (hər bir məqsədlə istifadə edə bilərsiniz, istər oyun otağı kimi, istər istirahət), II-III mərtəbələrində həyətə baxan eyvanları olan, müxtəlif infrastrukturların (tanıyanlar bilir), mehriban və Sizi kimi samballı qonşuların əhatəsində yerləşən bir yerdədir.
1 mərtəbədə: 1 böyük zal, 1 böyük otaq, mətbəx, 1 s/uzel və 1 ayrı tualet, 2-ci mərtəbədə 1 qonaq otağı, 2 yataq otağı, 3-cü mərtəbədə mansard var. Nəzərinizə çatdırım ki, pilləkənlər və mansard otağı tavandan döşəməyə kimi ekoloji sağlam təbii ağac materialından döşənib (şəkillərdə görünür).
Evin sahibi hamam, tualet və mətbəx otaqlarının görünməsini istəmədiyi üçün şəkillərdə yer almayıb, lakin villanın ümumi görünüşündən aydın olur ki, bu otaqların da təmiri superdir. Əlaqə saxlayıb gəlib canlı şahidi ola bilərsiniz.
Evin ümumi sahəsi 250 m2, otaqların hündürlüyü 3,20-3,80 sm-dir, təmiri super, eksklüziv interyer dizaynı, parket döşəməsi var. Əşyaların bir çoxu qalacaq.
QİYMƏTİ çox münasibdir. Bu qiymətə siz yalnız Bakının tozlu, havasız, günəşsiz, birbirinə yapışmış binalarında 2 otaqlı orta təmirli mənzil ala bilərsiniz.
Bir sözlə uşaqlarınızı bu evdə rahatlıqla, sağlam və əmin-amanlıqda böyüdə bilərsiniz. Kirayə üçün də yararlıdır (xərcini maksimum 5-6 ilə çıxara bilərsiniz).
Real alıcıya indidən XEYİR və UĞUR gətirməsini diləyirik! Ev Sahibi ilə razılaşsaq qiymətdə də endirim edə bilərik.


















































































































