İcarəyə verilir 2 otaqlı yeni tikili 80 m², Qara Qarayev m.
Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığında yerləşən 18 mərtəbəli yeni tikili binanın 12-ci mərtəbəsində yaxşı təmirli və tam əşyalı, radnoy 2 otaqlı mənzil kirayə verilir.
Mənzil geniş və işıqlı otaqlardan ibarətdir, keyfiyyətli təmir olunub və yaşayış üçün bütün lazımi mebel və məişət texnikası ilə təchiz edilib. Mətbəx mebeli, soyuducu, paltaryuyan, kondisioner və digər avadanlıqlar mövcuddur. Mənzil səliqəli saxlanılıb və komfortlu yaşayış üçün tam hazır vəziyyətdədir.
Binada sürətli liftlər, daimi qaz, su və işıq təchizatı mövcuddur. Həmçinin bina ətrafı abadlaşdırılıb, həyəti genişdir və avtomobil saxlamaq üçün əlverişli şərait var.
Ərazi infrastrukturu baxımından çox əlverişlidir – metroya piyada məsafədə yerləşir, yaxınlıqda marketlər, ticarət obyektləri, məktəb, uşaq bağçası və digər zəruri obyektlər mövcuddur.
Mənzil 14.05.2026 tarixində boşalacaq.
Əlavə məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.
Xidmət haqqı 30% təşkil edir.









































































































































































































